Modern.az

Qazaxıstana məxsus qırıcı qəzaya uğradı

Qazaxıstana məxsus qırıcı qəzaya uğradı

16 Aprel 2021, 22:03

Qazaxıstanda Su-30SM qırıcısı Balxaş şəhərində yerləşən təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

"Təlim uçuşları zamanı çoxfunksiyalı Su-30SM qırıcısı Balxaş şəhərinin aviasiya təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb. Təyyarənin heyəti katapul edib, onlar sağdırlar və həkimlərin nəzarəti altındadırlar" - açıqlamada bildirilir.

 

Qeyd edilir ki, hadisə yerinə qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya cəlb edilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat