Modern.az

Avropa çempionatında Azərbaycan 11-cidir

Avropa çempionatında Azərbaycan 11-cidir

Aktual

17 Aprel 2021, 09:05

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında birinci günün yarışları başa çatıb.

 

Modern.az xəbər verir ki, turnirin birinci gününün yekun nəticələrinə görə, komandamız 1 bürünc medalla 11-ci sırada qərarlaşıb. Ölkələr arasında ən çox medalı Fransa komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) qazanıb. İtaliya yığması ikinci (1 qızıl, 1 gümüş medal), İspaniya komandası isə üçüncü (1 qızıl, 1 bürünc medal) yerlərdə qərarlaşıblar.

 

Yığmamızın aktivinə bürünc medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov yazdırıb.

 

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. 

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat