Modern.az

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

17 Aprel 2021, 18:54

Nizami rayonu Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib.

 

Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”.

Sizə yeni x var
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!