Modern.az

Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO

Aktual

23 Aprel 2021, 19:00

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, məşğələdə əsas diqqət bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bacarıqlarını təkmilləşdirməsi, şəxsi heyətin ixtisas və taktiki-xüsusi hazırlığının yüksəldilməsinə yönəldilib.

 

Şəxsi heyətin çöl vərdişlərinin, praktiki bacarıq və qabiliyyətlərinin yüksəldilməsi, yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə dərslər keçirilib. Məşğələdə səhra  rabitə qovşağı və elementlərinin ərazidə yerləşdirilməsi, açılması praktiki olaraq göstərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq