Modern.az

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək -  Hava xəbərdarlığı

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək -  Hava xəbərdarlığı

26 Aprel 2021, 13:40

Sabah Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyininn əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı,fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə