Modern.az

Türkiyədə “Sputnik V” vaksini istehsal ediləcək

Türkiyədə “Sputnik V” vaksini istehsal ediləcək

26 Aprel 2021, 14:04

Türkiyədə Rusiyanın "Sputnik V" koronavirus vaksininin istehsalı ilə bağlı razılıq əldə edilib.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib

 

Qeyd olunur ki, vaksinin Türkiyədəki istehsalını "VisCoran İlaç" şirkəti həyata keçirəcək.

 

İstehsal prosesinin yaxın aylarda müxtəlif bölgələrdə başlayacağı deyilir.

 

Qeyd edək ki, "Sputnik V" vaksini hazırda 61 ölkədə istifadə üçün təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə