Modern.az

“Fransanın Əlcəzairdə qırdığı 1.2 milyon ərəbin istisi hələ soyumayıb” - Politoloq

“Fransanın Əlcəzairdə qırdığı 1.2 milyon ərəbin istisi hələ soyumayıb” - Politoloq

Aktual

26 Aprel 2021, 14:45

“ABŞ prezdenti bir sayıqlama elədi və bu sayıqlamadan bütün xristian dünyasının aparıcı dövlətlərinin başçısı həzz duydu. İndiki dövrdə sivilzasiyalararası toqquşmalar üçün və başqa bir sivilzasiyanın nümayəndəsini ələ salmaq üçün imkanlar açılıb”.

Bu sözləri politoloq Qabil Hüseynli gündəmlə bağlı Modern.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, belə “fürsətlərdən” istifadə edən Fransa prezidenti özünü həmişə qabağa atmağa çalışır.

“Amma yada salmaq lazımdır ki, Fransanın Əlcəzairdə qırdığı 1.2 milyon ərəbin qəbrinin istisi hələ soyumayıb. Eyni hərəkətləri Mərakeşdə, Qvineyada da görmüşük. Sizin babalarınızın əli qanlıdır. Yüz mindən artıq hindunu siz qırmısınız. Son dövrlərdə də ara qarışdırmağa  pərgarsınız.

Həmçinin, müsəlman dövlətləri arasında qarşıdurma yaratmağa başlayıblar. Fransa sivilzasiyalı ölkə olduğundan onun başçısı da özünü mədəni aparmalıdır. Barışdırıcı mövqe tutmaq əvəzinə, qızışdırıcı mövqe tutulur. İmperalist hərəkətlər yenidən davam edir və bununla da  özlərinin mənfəətlərini güdürlər”.


Q.Hüseynli bildirib ki, əgər bir iddia irəli sürülürsə, araşdırmaq lazımdır:


“Reyqanın vicdanı oldu, 250 tarixçini mövzu ilə bağlı ayırdı və üç ay ərzində araşdırma edildi. Məlum oldu ki, ölən ermənilər yox, azərbaycanlılardır. Həmin araşdırmada göstərilir ki, ermənilər iki milyon azəraycanlını öldürüb. Eyni ilə Sarıqamış, İğdır, Neftçaladan Qubaya qədər olan ərazidə də buna şahid olmaq olar. Qubadakı qəbiristanlıq hamıya bəllidir, dünya tanıyır.

Zori Balayan deyirdi ki, Xocalı soyqırımı zamanı onun dərədən keçməyi üçün Ohanyan 1200 azərbaycanlının meyitini düzmüşdü və onların üzərindən adlayıblar. Əsl soyqırımı budur”.

 

Aysel Məhərrəmova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə