Modern.az

Rusiya Yerevan vasitəsilə Qarabağ ermənilərinə vaksin daşıyır

Rusiya Yerevan vasitəsilə Qarabağ ermənilərinə vaksin daşıyır

26 Aprel 2021, 15:02

Rusiya tərəfi Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin vaksinasiyasına başlayır.


Modern.az
xəbər verir ki, aprelin 26-da Qarabağ sakinlərinin peyvəndlənməsi üçün 7500 cüt doza "Sputnik V" vaksini “Aeroflot” təyyarəsi ilə Moskvadan Yerevana çatdırılıb.


Bu barədə Rusiya-Ermənistan "Lazarevski klubu" məlumat yayıb.


“Lazarevski Klubu"nun koordinatoru, ermənipərəst deputat Konstantin Zatulin deyib ki, hələ bu ilin yanvar ayında Rusiya Dövlət Duması onun təklifi ilə hökumətə “qaynar nöqtə”lərdə yaşayan əhalinin vaksinasiyasına kömək üçün müraciət edib. Qarabağ erməniləri də həmin siyahıya daxil edilib.

Qarabağ ermənilərini sülhməramlı kontingentin tərkibində bölgəyə yerləşən rusiyalı həkimlər peyvənd edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə