Modern.az

Soyqırımının nə demək olduğunu görmək istəyənlər qoy Xocalını xatırlasınlar

Soyqırımının nə demək olduğunu görmək istəyənlər qoy Xocalını xatırlasınlar

Aktual

26 Aprel 2021, 14:56
ABŞ prezidentinin erməni yalanlarını əsas götürərək, “soyqırım” ifadəsini dilə gətirməsi tarixi saxtalaşdırmaq və siyasiləşdirmək yolu ilə fəal və müstəqil siyasət yürüdən Türkiyəyə təzyiq göstərilməsinə xidmət edir.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin  rəhbəri Azər Kərimli deyib. 

Millət vəkili qeyd edib ki, Co Baydenin qondarma soyqırımla bağlı bəyanatında yer alan fikirlərin tarixi və hüquqi əsası olmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil:

“Birləşmiş Ştatlar kimi nəhəng, qüdrətli bir dövlətin prezidentinin xalqlar arasında ədavətin güclənməsinə xidmət edən, separatizmi, əsassız ərazi iddialarını stimullaşdıran fikirləri təəssüf doğurur. Regionda daimi sülhün, əminamanlığın təmin olunması, kommunikasiyaların açılması, bütün bölgə dövlətləri üçün faydalı olacaq, Ermənistan üçün isə həyati əhəmiyyət kəsb edəcək layihələrin icrası baxımından əlverişli şəraitin yarandığı bir zamanda qondarma soyqırım məsələsinin gündəmə gətirilməsi bu prosesə süni maneələrin yaradılmasına xidmət edir. Belə anlaşılır ki, hətta erməni xalqının mənafeyi belə erməni lobbisi və diasporunun,həmçinin onlarla şəxsi və siyasi maraqlar müstəvisində işbirliyində olan ABŞ siyasətçiləri üçün heç bir əhəmiyyət kəsb etmir. Uzun illərdən bəri “soyqırım” yalanları üzərindən yürüdülən bu siyasətin əsasında, sadəcə çirkli biznes maraqları, siyasi karyera və geosiyasi təzyiq amilləri dayanır”.

Azər Kərimli Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin, təkcə öz xalqlarının deyil, regionun digər ölkələrində yaşayan, fərqli milli kimliyə və inanca sahib olan millətlərin də həyatlarının yaxşılaşdırılmasına zəmin yaratdığını xatırladıb:

“Azərbaycan, Türkiyə və Gürcüstanın strateji tərəfdaşlıq münasibətləri buna nümunə ola bilər. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına, Azərbaycan xalqına qarşı həyata keçirilən və təkzibolunmaz faktları göz önündə olan etnik təmizləmə siyasətinə, soyqırım və vandalizm aktlarına göz yumanların əsassız iddialar üzərindən başqalarını ittiham etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Soyqırımın, vəhşiliyin, amansızlığın nə demək olduğunu görmək istəyənlər qoy işğaldan azad edilmiş Azərbaycan torpaqlarında ermənilərin yaratdığı cəhənnəmə nəzər salsınlar və simalarını bundan daha artıq itirməmək üçün sussunlar”.
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə