Modern.az

Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək

Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək

26 Aprel 2021, 15:46

Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

 

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:

 

"Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə