Modern.az

Türkiyə İncirlik hərbi bazasını bağlaya bilər?

Türkiyə İncirlik hərbi bazasını bağlaya bilər?

26 Aprel 2021, 15:50

“İncirlik bazasının bağlanması Türkiyədə gündəmə gəldi, lakin belə bir addımın atılacağını düşünmürəm. Çünki bu addım dövlətlər arasında daha çox gərginliyə səbəb ola bilər”.

Bu sözləri Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Türkiyə ABŞ prezidenti Co Baydenin yalnış addımına hansısa formada cavab verməlidir:

“İncirlik hərbi bazasının qapanacağını zənn etmirəm. Son illər Amerika və Türkiyə arasında gərginliklər yaşansa da, İncirlik hərbi bazasının bağlanması ümumiyyətlə bütün münasibətlərin dondurulması, körpülərin yandırılmasına səbəb ola bilər. Bu, hər iki tərəfin maraqlarına uyğun deyil. Amerika yenidən təxribatlı addım atmazsa, baza bağlanmaya bilər. Lakin bazanın bağlanması gündəmdə qalacaq. Bu da Amerikaya təzyiq elementi daşıya bilər”.


Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə