Modern.az

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla heç-heçə etdi

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla heç-heçə etdi

Aktual

26 Aprel 2021, 22:13

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin son 5 turunun oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında Azərbaycan derbisi baş tutub. On birinci tur çərçivəsində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında keçirilən oyun heç-heç başa çatıb. Sonrakı turlarda Ş.Məmmədyarov A.Tari, L.Aronyan, Y.Kristyensen və nəhayət son turda M.Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə növbəti 4 turda S.Karyakin, L.Lyem, L.Dominges, V.Santos ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə qrup mərhələsinin oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.

 

“Champions Chess Tour” onlayn şahmat seriyası, ümumilikdə, 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə