Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu evdə İtaliyanın "Roma" klubu ilə, digər ingilis klbu "Arsenal" isə İspaniyada yerli "Vilyarreal"la qarşılaşıb.
"Mançester Yunayted" - "Roma" görüşü meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
"Arsenal" isə İspaniyada "Vilyarreal"a 1:2 hesabı ilə uduzub.
Yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.