Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada həlak olanların sayı 16-ya çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qırğız tərəfdən ölənlərin sayı 13, Tacikistan tərəfdən isə 3 nəfərdir.
Eyni zamanda qırğız tərəfdən 134 adam yaralanıb.
Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün razılıq sənədi imzalanıb.
Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.