Modern.az

Nişan məclisi keçirənlər cərimələndi

Nişan məclisi keçirənlər cərimələndi

30 Aprel 2021, 10:04

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfndən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininn Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə