Qırğızıstan ilə Tacikistan arasındakı sərhəddə yaranan münaqişənin sülh yolu ilə həlli üçün bütün lazımi tədbirlər görülür.
Modern.az xəbər verir ki, bu sözləri Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi Stanislav Zas deyib.
Onun sözlərinə görə,Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurmaya son qoyulmalı və məsələ sülh yolu ilə həll olunmaldır.
Qeyd edək ki, tərəflər planlaşdırılan tədbirlərin həyata keçirilməsi, iki xalqın və dövlətin mənafeləri naminə daha da səmərəli danışıqlar prosesi üçün müvafiq sabitləşdirici şəraitin yaradılması üçün hüquq-mühafizə orqanları və icra hakimiyyətindən ibarət birgə işçi qrupunun yaradılması barədə razılığa gəlib. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev danışıqlar aparmaq üçün Tacikistanın Güliston şəhərinə gedib.
Aysel Məhərrəmova