Modern.az

“İdeyanı layihəyə çevir” təlimləri başa çatıb.

“İdeyanı layihəyə çevir” təlimləri başa çatıb.

Aktual

1 May 2021, 15:44

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə“İdeyayanı layihəyə çevir” təlimlərinə yekun vurulub.

Modern.az xəbər verir ki, üç gün keçirilən təlimlərdə, gənclərə öz ideyalarını layihəyə çevirmək, layihələrin hazırlanması, komanda ilə işləmək kimi mühüm  detallar tədris olunub. ZOOM proqramı vasitəsi ilə təşkil olunan təlimlərdə çoxsayda gənc iştirak edib. Iştirakçılar tərəfindən olduqca yüksək qarşılanan layihə, gənclərin gələcək inkişafına və formalaşmasına yönəlib. Üç gün davam edən təlimləri başa vuran gənclərə, təşkilatçılar tərəfindən sertifikatlar verilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə