Modern.az

Paytaxtda ikimərtəbəli ev yandı

Paytaxtda ikimərtəbəli ev yandı

2 May 2021, 00:23

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb.

 

Yüksək temperaturdan 1 ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə