"Bu şəbəkədə məni izləyən insanların 200 milyona çatdığını təzə görürəm, amma bu gün baş verənlər səbəbindən bunu qeyd etməyəcəm. Əlbəttə, sizdən gələn sevgi və dəstəyi hər zaman qiymətləndirirəm, amma hər profilin arxasında dayanan İNSANLARA əhəmiyyət vermək vaxtının gəldiyini düşünürəm, hər hesabın arxasında gülən, ağlayan, həzz alan, əziyyət çəkən, duyğuları olan insanlar var".
Modern.az xəbər verir ki, bunu "Barselona" klubunun və Argentina millisinin kapitanı Lionel Messi özünün instaqram hesabında yazıb.
Ulduz futbolçu hamını sosial şəbəkələrdə təhqirə yol verməməyə çağırış edib:
"Sosial mediadan sui-istifadəni dayandırmaq üçün səsimizi yüksəldək. Anonim, məşhur, idmançı, hakim və ya bir oyun izləyicisi olmağımızın, dini, irqi, ideologiyası və cinsinin heç bir əhəmiyyəti yoxdur... Heç kim pis rəftara və ya təhqir olunmağa layiq deyil. Şəbəkələrin hər birində getdikcə daha da pis vəziyyətə düşdüyümüzü və istismara məruz qaldığımızı birlikdə görürük, heç kim bunun qarşısını almaq üçün heç nə etmir. Bu düşmən münasibətləri şiddətlə qınamalı və şəbəkələri idarə edən şirkətlərin bu cür davranışlara qarşı təcili tədbirlər görmələrini tələb etməliyik.
Məni izləyən 200 milyon insanın, şəbəkələri təhlükəsiz və hörmətli bir yer halına gətirmək üçün 200 milyon səbəb olmasını istərdim, təhqir olunmaqdan qorxmadan istədiyimizi paylaşa bilərik. Və təhqir, irqçilik, istismar və ayrı-seçkilik əbədi olaraq bunların xaricində qalır.
Bu şəbəkələrin bir hissəsi olan və hər zaman yanımda olanlar ümid edirəm ki, məni izləməyə davam edəcək və tələblərdə mənə dəstək olacaqsınız.
Şəbəkələrdə sui-istifadə və ayrı-seçkiliyə qarşı kampaniya fikrinə görə İngiltərədəki bütün futbol insanlarını təbrik edir və qucaqlayıram", - Messi yazıb.
T.İSMAYIL