Modern.az

Düşənbədə partlayış: 29 nəfər yaralandı - VİDEO

Düşənbədə partlayış: 29 nəfər yaralandı - VİDEO

Aktual

2 May 2021, 09:15

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində 29 nəfər yaralanıb.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi xəbər verib. Məlumata görə, onlardan beşinin vəziyyəti ağırdır.

 

Hadisə “Zarafşon” mikrorayonunda olub.

 

Paytaxtın Yanğından Mühafizə İdarəsindən bildirilib ki, partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiq müəyyənləşməyib.

 

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə