Modern.az

Bakıda ikimərtəbəli ev yandı

Bakıda ikimərtəbəli ev yandı

Aktual

2 May 2021, 09:25

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb. 

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib. 

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə