Modern.az

Bişkek və Düşənbə qoşunları münaqişə zonasından geri çəkdi

Bişkek və Düşənbə qoşunları münaqişə zonasından geri çəkdi

Aktual

2 May 2021, 09:58

Qırğız Respublikası və Tacikistan sərhəddə silahlı konflikt zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.

 

Modern.az  xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

 

"Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı", - xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.

 

"Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət aparır", - xəbərdə vurğulanır.

 
 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə