Modern.az

Qırğızıstanda qarşıdurma nəticəsində 178 nəfər yaralandı

Qırğızıstanda qarşıdurma nəticəsində 178 nəfər yaralandı

Aktual

2 May 2021, 10:39

Qırğızıstan Tacikistanla qarşıdurma nəticəsində 178 nəfər vətəndaşının yaralandığını elan edib.

 

Modern.az RİA Novosti-yə istinadən bildirir ki, bunu bu gün Respublikanın səhiyyə nazirliyindən bildiriblər.

 

Məlumata görə, Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 178-ə yüksəlib.

 

Qeyd edək ki, bundan əvvəl 173 yaralı haqqında məlumat verilmişdi.

 

Rəsmi məlumatda qarşıdurma zamanı 34 nəfər öldürüldüyü də vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə