Modern.az

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın

Aktual

2 May 2021, 10:49

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə