Modern.az

Gürcüstanda sərnişin qatarı relsdən çıxdı

Gürcüstanda sərnişin qatarı relsdən çıxdı

2 May 2021, 11:28

Gürcüstanda Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sərnişinlər təxliyə olunub.

 

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb.

 

Şirkət hadisə yerinə əlavə qatar göndərib.

 

Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə