Modern.az

Barentsdə itkin düşən 6 balıqçıdan 3-nün cəsədi tapıldı

Barentsdə itkin düşən 6 balıqçıdan 3-nün cəsədi tapıldı

2 May 2021, 12:10

Rusiyanın Murmansk vilayətinin Teriberka rayonu yaxınlığında Kola körfəzində itkin düşən 6 balıqçıdan 3-nün cəsədi tapılıb.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki,  bu barədə federal Təcili Yardım Xidmətinin nümayəndəsi açıqlama verib.

 

Bildirilib ki, balıqçılar Barents dənizində itkin düşüblər: “Üç balıqçının cəsədi tapılsa da, daha 3-nün taleyi məlum deyil”.

 

Qeyd edək ki, balıqçılar 3 kiçik gəmi ilə dənizə çıxıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə