Modern.az

Cəlilabadda maşın kanala düşdü

Cəlilabadda maşın kanala düşdü

2 May 2021, 22:12

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

 

Belə ki, "Prado" markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə