Modern.az

Karateçilərimiz Lissabonda 2 medal qazandı

Karateçilərimiz Lissabonda 2 medal qazandı

2 May 2021, 22:58

Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.

 

Modern.az xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı gümüş medala sahib olub. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibinə verilib.

 

Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə