Modern.az

ABŞ sahillərində gəmi batdı

ABŞ sahillərində gəmi batdı

3 May 2021, 00:43

ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Onlardan ikisi həyatını itirib.

 

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, lakin üç nəfərə təcili tibbi yardım tələb edildiyi bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə