Modern.az

Bu gündən Azərbaycanda yeni vaksin vurulacaq

Bu gündən Azərbaycanda yeni vaksin vurulacaq

3 May 2021, 08:57

Bu gündən Azərbaycanda yeni vaksinin tətbiqinə başlanılır.

Modern.az xəbər verir ki, "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesində növbəti mərhələ başlayır.

Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə COVID-19-a qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə ediləcək.

"Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə