Modern.az

Azərbaycan heç vaxt razılaşmayacağı məsələləri Lavrova çatdırmalıdır! - Eks-spiker

Azərbaycan heç vaxt razılaşmayacağı məsələləri Lavrova çatdırmalıdır! - Eks-spiker

Aktual

3 May 2021, 09:48

“Lavrov əvvəl İrəvana, sonra Bakıya gələcək. Lavrov müstəqil düşünməyi bacarmayan və Putinin tapşırıqlarını (ölkəyə xidmət edib etməsindən asılı olmayaraq) artıqlaması ilə yerinə yetirməyə can atan birisidir. Elə bu keyfiyyəti (faktiki alkoqolik olmasına baxmayaraq) bu günə qədər onu nazir postunda saxlayır”.

Modern.az xəbər verir ki, bu fikirləri ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqaza gözlənilən səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, həm İrəvanda, həmdə Bakıda Lavrova nə tapşırılıbsa, onu da müzakirə edəcək. Hansı cavabı verməyə razılıq verilibsə, onları deyəcək, qalan məsələləri müzakirə etməyəcək, sadəcə, prezidentə çatdıracağına söz verəcək.

“Ona görə bu adamın qarşısında Azərbaycanın hansı səbəbdən heç vaxt razılaşmayacağı məsələləri çox qətiyyətlə qoymaq lazımdır. Prezident Putin Azərbaycanın ağası ola bilməyəcəyini başa düşməlidir. Bu çox vacibdir.

- Azərbaycan sülhməramlılarla birlikdə Laçın dəhlizinə daxil olan başqa ölkə vətəndaşlarının kimliyinə nəzarət etməlidir, çünki bu onun suveren ölkə səlahiyyətindədir. Konstitusiya ilə Azərbaycan Respublikasının istənilən sərhəd zonasında başqa ölkənin nəzarəti qadağandır.

- Azərbaycanın nəzarətində olan və 2020-ci il noyabrın 10-na qədər o ərazilərdə yaşamış erməni millətindən olan vətəndaşların qayıtmasına Azərbaycan nəzarət etməlidir. Həmin ermənilər rəsmi şəkildə Bakıya müvafiq təşkilatlara müraciət etməlidirlər, 1, 2 və ya 3 ay bu adamların həqiqətən Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirildikdən sonra onlara rəsmi icazə verilməlidir və həmin Laçın dəhlizinin sərhəddində Azərbaycan sərhədçiləri onları buraxıb, əvvəllər yaşadıqları yerlərinə aparmalıdırlar.

- 10 noyabrdan bu günə qədər Azərbaycana sülhməramlı qüvvələr tərəfindən gəlmiş və ya gətirilmiş ermənilərin siyahısı, tərcümeyi-hal sənədləri Azərbaycan Respublikasına onların həqiqətən Azərbaycanm vətəndaşı olub-olmadığını müəyyənləşdirmək üçün təqdim edilməlidir.

Çox sadalamaq istəmirəm bu tipli onlarla məsələ Rusiya prezidentinin qarşısında qaldırılmalıdır. Türkiyənin fikrini bilmək də yaxşı olardı”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri S.Lavrov mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda səfərdə olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə