Modern.az

“Qətiyyən “erməni soyqırımı” olmayıb” - Hulusi Akar

“Qətiyyən “erməni soyqırımı” olmayıb” - Hulusi Akar

3 May 2021, 10:38

“Qətiyyən “erməni soyqırımı” olmayıb. Tarixdə bu açıq və dəqiq şəkildə yazılıb”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1915-ci il hadisələrinə dair deyib.

 

O bildirib ki, siyasətçilər tarixçilik edə bilməz.

 

“Amerikalıların milli arxivləri var. Orada bu məsələ ilə bağlı bir xeyli sənəd var. Amerikalılar, ingilislər o sənədlərdə çox açıq və dəqiq şəkildə deyirlər ki, “türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq 500 il daha bərabər yaşayarlar”. Sənəd açıqdır”, - deyə türkiyəli nazir vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə