Modern.az

İmsakda mütləq yemək lazımdır! – Diyetoloqdan ÇAĞIRIŞ

İmsakda mütləq yemək lazımdır! – Diyetoloqdan ÇAĞIRIŞ

3 May 2021, 17:22

“Ramazan ayında oruc tutan və imsak etməyən şəxslər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”.

Bu barədə Modern.az-a diyetoloq-nutrisoloq  Ofeliya Tahirova danışıb. O qeyd edib ki, imsakda çox yemək məsləhət deyil, heç yeməmək isə sağlamlığımız  üçün problem yarada bilər:


“Çünki imsak günün müəyyən hissəsinə kimi bədənimizin enerjili olmasını təmin edir. İmsakın əsas önəmi odur ki, seçdiyimiz qidalar bizi uzun müddətli tox və enerjili saxlasın. İmsak etməyən şəxslər gün boyu  yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”.


Diyetoloq xüsusilə vurğulayıb ki, metabolizmin çalışması üçün imsaka oyanmaq, normal qidalanmaq mütləqdir:


“İftarda və imsakda  yeyilən yeməklərin enerji dəyərinin yüksək olması da vacibdir. Həmin qidalar bizim digər günlərdə də oruc tutmağımıza təsir edir. Sahura oyanmayan orqanizm enerjisiz və dözümsüz olur. Bunun üçün də imsak önəmlidir və metabolizmin çalışması üçün sahurda qidalanma mütləqdir”.


Humay  İsgəndərova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə