Modern.az

Bakıda "Mercedes" iki azyaşlı bacını vurdu

Bakıda

Aktual

4 May 2021, 10:04

Bakıda avtomobil iki azyaşlı qızı vurub.

Modern.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək küçədə 2014-cü il təvəllüdlü Məmmədli Aysel Cavid qızı və 2015-ci il təvəllüdlü Məmmədli Həvva Cavid qızını vurub. Azyaşlılar təcili tibbi yardımla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə