Modern.az

Evini tərk edən koronavirus xəstəsi geri qaytarıldı

Evini tərk edən koronavirus xəstəsi geri qaytarıldı

Aktual

4 May 2021, 10:36

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Bayram Əlləzov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisində saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

 

B.Əlləzov barəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə