Modern.az

Bakı-Sumqayıt qatarı 20 dəqiqə gecikdi

Bakı-Sumqayıt qatarı 20 dəqiqə gecikdi

7 Sentyabr 2021, 20:24

Bakı-Pirşağı-Sumqayıt elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, Bakıdan saat 19:00-da yola düşən qatar 24 dəqiqə gecikmə ilə Sumqayıt stansiyasına çatıb.

 

Qatarın maşinisti bildirib ki, gecikməyə texniki problem səbəb olub.

 

Qeyd edək ki, Bakıdan 19:00-da çıxan qatarın Sumqayıta çatma vaxtı 19:50-dir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?