Modern.az

Bakıda ev yandı: Xəsarət alanlar var

Bakıda ev yandı: Xəsarət alanlar var

14 Sentyabr 2021, 19:58

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi