Modern.az
Modern

REKLAMINIZ BURADA!

E-mail: [email protected]

+(994 12) 497 87 41, (055) 946-06-60

300x100

  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • AZ
  • EN
  • RU
  • TR
  • FA
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO | Modern.az

AZ
  • EN
  • RU
  • TR
  • FA
  • Ana səhifə
  • Ölkə
  • Diaspor
  • Qərbi Azərbaycan
  • Parlament
  • Təhsil
  • İqtisadiyyat
  • Müsahibə
  • Reportaj
  • Dünya
  • Hadisə
  • İdman
  • Analitika
  • Qarabağ
  • Aktual
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
Digər
  • Ana səhifə
  • Ölkə
  • Qərbi Azərbaycan
  • Diaspor
  • Parlament
  • Təhsil
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Analitika
  • Qarabağ
  • Aktual
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Dünya
  • Mədəniyyət
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Aktual

15 Sentyabr 2021, 19:53

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

 

Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: “Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.

 

“Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.

 

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.

Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image

 

Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.

 

1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.

 

Daha sonra A.Qurbani Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: “1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir” fikirləri yəqin ki, hər birimizin xatirindədir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image 

 

Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

 

“Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə “Türk şəhidliyi”nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!”.

 

Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.

 

Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

 

Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub. Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.

 

Anım mərasimində polkovnik Abdulla Qurbani ermənilərin Şamaxı qəzasında törətdikləri qırğınlardan, erməni quldur dəstələrinin başında duran Stepan Lalayanın insanlığa yaraşmayan bəd əməllərindən, günahsız insanların, qadınların, uşaqların amansızlıqla qətlə yetirilməsindən, Şamaxı Cümə məscidinin, eləcə də kənd məscidlərinin vandalcasına yandırılmasından, yaşayış məntəqələrinin viran edilməsindən, var-dövlətin taranmasından ətraflı danışıb, Fövqəladə Təhqiqat Komissiyasının araşdırdığı tükürpədici erməni-bolşevik vəhşiliklərindən söhbət açıb. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə birləşərək 1918-ci ilin iyul ayının 20-dək bütün bu qətliamlara, soyqırımı hadisələrinə son qoyduğu və Şamaxının düşmən işğalından azad edildiyi iftixar hissi ilə xatırlanıb.

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib: “103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.

 

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğuluyaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlərboyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.

 

Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.

 

Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

 

Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.

Modern.az

Daha çox xəbər

Paylaş:
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Digər xəbərlər
Ev tikmək istəyənlərin NƏZƏRİNƏ

Aktual

00:51, Bu gün

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ

1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ 

Aktual

00:11, Bu gün

1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ 

Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü

Aktual

27 Fevral 2026, 23:47

Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü

Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtları

Aktual

27 Fevral 2026, 23:32

Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtları

Mil-Muğan İdarəsinə yeni rəis TƏYİN OLUNDU

Aktual

27 Fevral 2026, 22:46

Mil-Muğan İdarəsinə yeni rəis TƏYİN OLUNDU

Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ

Aktual

27 Fevral 2026, 21:08

Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ

Maştağa xəstəxanasında növbəti sosial aksiya - FOTOLAR

Aktual

27 Fevral 2026, 19:30

Maştağa xəstəxanasında növbəti sosial aksiya - FOTOLAR

Qanunsuz ağackəsmə faktları aşkarlanıb

Aktual

27 Fevral 2026, 18:34

Qanunsuz ağackəsmə faktları aşkarlanıb

Paytaxtda hazırda 24 istiqamətdə SIXLIQ VAR

Aktual

27 Fevral 2026, 18:10

Paytaxtda hazırda 24 istiqamətdə SIXLIQ VAR

UEFA Konfrans Liqasının püşkü atıldı

Aktual

27 Fevral 2026, 18:00

UEFA Konfrans Liqasının püşkü atıldı

Azərbaycanda turistlərə ev yeməyi satmağa şərait yaradılacaq

Aktual

27 Fevral 2026, 17:58

Azərbaycanda turistlərə ev yeməyi satmağa şərait yaradılacaq

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapıldı

Aktual

27 Fevral 2026, 17:45

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapıldı

Media Türk
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var
Son xəbərlər
  • Bu gün, 00:51
    Ev tikmək istəyənlərin NƏZƏRİNƏ
  • Bu gün, 00:32
    Milanda tramvay qəzası: Ölən və yaralananlar var
  • Bu gün, 00:23
    İranda “qaça-qaç” başladı, yerli əhali ŞOKDA
  • Bu gün, 00:11
    1000 manat veriləcəyi xəbərini yayan şəxs HƏBS EDİLDİ 
  • 27 Fevral 2026, 23:47
    Xırdalanda qadın 12-ci mərtəbədən yıxılaraq öldü
  • 27 Fevral 2026, 23:39
    Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşıb
  • 27 Fevral 2026, 23:32
    Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtları
  • 27 Fevral 2026, 23:26
    Sabiq baş nazir Zelenskinin müşaviri oldu
  • 27 Fevral 2026, 23:06
    Universitetdə bıçaqlanma: Tələbə ağır vəziyyətdədir
  • 27 Fevral 2026, 22:46
    Mil-Muğan İdarəsinə yeni rəis TƏYİN OLUNDU
  • 27 Fevral 2026, 22:20
    Tramp: İranın mövqeyindən narazıyam
  • 27 Fevral 2026, 22:04
    Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb
  • 27 Fevral 2026, 21:44
    ABŞ-ın istifadə etdiyi Səudiyyə bazasında təyyarə sayı artıb
  • 27 Fevral 2026, 21:25
    Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?
  • 27 Fevral 2026, 21:24
    “Qalatasaray” prezidentinə 15 günlük cəza verildi
  • 27 Fevral 2026, 21:08
    Azərbaycanda 44 yaşlı həkim VƏFAT ETDİ
  • 27 Fevral 2026, 21:05
    Pakistanla Əfqanıstan niyə döyüşür? 
  • 27 Fevral 2026, 20:51
    Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ 
  • 27 Fevral 2026, 20:27
    Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a minimal hesabla qalib gəldi
  • 27 Fevral 2026, 20:06
    Şamaxıda 3-cü ZƏLZƏLƏ
  • 27 Fevral 2026, 19:54
    Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi
  • 27 Fevral 2026, 19:48
    İmişlidə güclü yanğın başlayıb
  • 27 Fevral 2026, 19:45
    Azərbaycanlı tələbə necə saxlanılıb? - Amerikadakı qalmaqalla bağlı yeni DETALLAR
  • 27 Fevral 2026, 19:41
    İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb
  • 27 Fevral 2026, 19:30
    Maştağa xəstəxanasında növbəti sosial aksiya - FOTOLAR
  • 27 Fevral 2026, 19:24
    Britaniya diplomatlarını İrandan təxliyə edib
  • 27 Fevral 2026, 19:08
    Ucarda açıq ərazidə yanğın olub
  • 27 Fevral 2026, 18:51
    Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb
  • 27 Fevral 2026, 18:34
    Qanunsuz ağackəsmə faktları aşkarlanıb
  • 27 Fevral 2026, 18:28
    İranın ABŞ ərazisini vuracaq raketi var?
Daha çox
Modern.az reklam yeri

REKLAMINIZ BURADA!

E-mail: [email protected]

+(994 12) 497 87 41, (055) 946-06-60

300x250

Redaktor seçimi
Ermənistanda səs-küylü boşanma: uşaqlar kimdə qalacaq? - Cütlüyün FOTOLARI
27 Fevral 2026, 17:50
Ermənistanda səs-küylü boşanma: uşaqlar kimdə qalacaq? - Cütlüyün FOTOLARI
Paşinyanla ayrılan Anna daha nələr açıqladı: Xahiş edirəm, məni təhqir etməyin!
27 Fevral 2026, 13:30
Paşinyanla ayrılan Anna daha nələr açıqladı: Xahiş edirəm, məni təhqir etməyin!
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi
27 Fevral 2026, 10:10
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi
Girov düşməsin deyə körpəsini boğan Xocalı şahidi - Tükürpərdən xatirələr
26 Fevral 2026, 15:17
Girov düşməsin deyə körpəsini boğan Xocalı şahidi - Tükürpərdən xatirələr
Bir şəklin tarixçəsi - Fotoqrafı sarsıdan iki qızın FACİƏSİ
26 Fevral 2026, 11:50
Bir şəklin tarixçəsi - Fotoqrafı sarsıdan iki qızın FACİƏSİ
Şeyxin oğlu öz ərizəsilə işdən çıxıb - “Xəzər Dəniz Gəmiçiliyi”ndən AÇIQLAMA
25 Fevral 2026, 18:00
Şeyxin oğlu öz ərizəsilə işdən çıxıb - “Xəzər Dəniz Gəmiçiliyi”ndən AÇIQLAMA
Çox oxunanlar
Azərbaycanda təbiət hadisəsi baş verib
Azərbaycanda təbiət hadisəsi baş verib
Dünyanın ən böyük qızıl anbarı bu şəhərdədir
Dünyanın ən böyük qızıl anbarı bu şəhərdədir
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir 
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir 
Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
Şəhiddən qalan son foto: Sevdiyi qızla şəkil çəkdirib cəbhəyə gedən QƏHRƏMAN
Şəhiddən qalan son foto: Sevdiyi qızla şəkil çəkdirib cəbhəyə gedən QƏHRƏMAN
Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ
Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ
Parlament
Milli Məclisin adı dəyişilsin? - Komitə sədrindən vitse-spikerin təklifinə REAKSİYA
27 Fevral 2026, 18:04
Milli Məclisin adı dəyişilsin? - Komitə sədrindən vitse-spikerin təklifinə REAKSİYA
Azərbaycana gələn əcnəbi turistlərin yarıdan çoxu 4 ölkədəndir
27 Fevral 2026, 17:28
Azərbaycana gələn əcnəbi turistlərin yarıdan çoxu 4 ölkədəndir
Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - detallar açıqlandı
27 Fevral 2026, 16:49
Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - detallar açıqlandı
Tibbi işçiləri üçün sertifikasiya tələb oluna bilər - komitə sədri
27 Fevral 2026, 16:44
Tibbi işçiləri üçün sertifikasiya tələb oluna bilər - komitə sədri
Azərbaycanda mətbəx turizmi təsis olunsun - Polad Bülbüloğlu
27 Fevral 2026, 16:41
Azərbaycanda mətbəx turizmi təsis olunsun - Polad Bülbüloğlu
Parlamentin növbəti iclasının tarixi - Gündəlikdə 8 məsələ var
27 Fevral 2026, 16:20
Parlamentin növbəti iclasının tarixi - Gündəlikdə 8 məsələ var
Diaspor
Azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv edildi
24 Fevral 2026, 11:53
Azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv edildi
Rusiyada həbs edilmiş azərbaycanlı vəkil nə ilə məşhurdur? - DOSYE
17 Fevral 2026, 16:08
Rusiyada həbs edilmiş azərbaycanlı vəkil nə ilə məşhurdur? - DOSYE
Azərbaycanlı eks-diaspor sədrinə 23 il İŞ İSTƏNİLDİ
17 Fevral 2026, 14:39
Azərbaycanlı eks-diaspor sədrinə 23 il İŞ İSTƏNİLDİ
Rusiyada azərbaycanlılara şər atan təxribatçı tutuldu - DETALLAR
17 Fevral 2026, 13:46
Rusiyada azərbaycanlılara şər atan təxribatçı tutuldu - DETALLAR
Rəmiş, Sənani və Ramil faciəli şəkildə həyatlarını itirdi
14 Fevral 2026, 15:23
Rəmiş, Sənani və Ramil faciəli şəkildə həyatlarını itirdi
Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi - FOTO
14 Fevral 2026, 11:12
Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi - FOTO
Qərbi Azərbaycan
Fransa Qərbi Zəngəzura 100 milyon ayırdı
19 Fevral 2026, 12:26
Fransa Qərbi Zəngəzura 100 milyon ayırdı
Nazirdən Zəngəzur mesajı: Gürcüstanı əvəz edə bilməz
19 Fevral 2026, 10:50
Nazirdən Zəngəzur mesajı: Gürcüstanı əvəz edə bilməz
"Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir
18 Fevral 2026, 18:15
"Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir
Soydaşımız Ermənistanda polislərlə üz-üzə gəldi - VİDEO
18 Fevral 2026, 15:43
Soydaşımız Ermənistanda polislərlə üz-üzə gəldi - VİDEO
QMİ Ermənistandakı məscidləri geri istəyəcək? - RƏSMİ AÇIQLAMA
17 Fevral 2026, 17:33
QMİ Ermənistandakı məscidləri geri istəyəcək? - RƏSMİ AÇIQLAMA
QMİ-nin Vatikanda nümayəndəliyi yaradılır
16 Fevral 2026, 15:35
QMİ-nin Vatikanda nümayəndəliyi yaradılır
Qarabağ
Horuvlu daha 196 nəfərə qucaq açdı
27 Fevral 2026, 13:14
Horuvlu daha 196 nəfərə qucaq açdı
Prezidentin qonaq getdiyi Xocalı sakini: "Sevincimizin həddi-hüdudu yoxdur"
26 Fevral 2026, 17:43
Prezidentin qonaq getdiyi Xocalı sakini: "Sevincimizin həddi-hüdudu yoxdur"
Mərhəmətin susduğu gecədən tarixi ədalətə
26 Fevral 2026, 13:15
Mərhəmətin susduğu gecədən tarixi ədalətə
Xocalıda itkin düşən 24 nəfərin meyiti tapılıb
26 Fevral 2026, 09:00
Xocalıda itkin düşən 24 nəfərin meyiti tapılıb
İlham Əliyev Xocalının Xanabad kəndində - YENİLƏNİB
25 Fevral 2026, 22:53
İlham Əliyev Xocalının Xanabad kəndində - YENİLƏNİB
Prezidentlə xanımı Xocəvənd sakinləri ilə səmimi söhbət etdi - FOTOLAR
25 Fevral 2026, 19:48
Prezidentlə xanımı Xocəvənd sakinləri ilə səmimi söhbət etdi - FOTOLAR
Jurnalistə ağır itki - Anası vəfat edib
27 Fevral 2026, 09:54
Jurnalistə ağır itki - Anası vəfat edib
Allah rəhmət eləsi̇n
Azərbaycanda vəkil vəfat etdi
26 Fevral 2026, 03:31
Azərbaycanda vəkil vəfat etdi
Allah rəhmət eləsi̇n
52 yaşlı mərkəz direktoru vəfat etdi - FOTO
25 Fevral 2026, 10:26
52 yaşlı mərkəz direktoru vəfat etdi - FOTO
Allah rəhmət eləsi̇n
Əməkdar jurnalist dünyasını dəyişdi
24 Fevral 2026, 09:31
Əməkdar jurnalist dünyasını dəyişdi
Allah rəhmət eləsi̇n
Sabiq deputat Türkiyədə vəfat etdi
24 Fevral 2026, 09:27
Sabiq deputat Türkiyədə vəfat etdi
Allah rəhmət eləsi̇n
Jurnalist Şəmşad Ağaya daha bir itki: bacısı vəfat etdi
24 Fevral 2026, 09:23
Jurnalist Şəmşad Ağaya daha bir itki: bacısı vəfat etdi
Allah rəhmət eləsi̇n
Mobil tətbiqlərimiz:
Modern.az Android tətbiqi yüklə Modern.az iOS tətbiqi yüklə
Mobil tətbiqlərimiz:
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi
  • Ana səhifə
  • Ölkə
  • Qərbi Azərbaycan
  • Diaspor
  • Parlament
  • Təhsil
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Analitika
  • Qarabağ
  • Aktual
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Dünya
  • Mədəniyyət
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Maqomayev 3 döngəsi, 1-ci Qəsr döngəsi 78
  • İndeks: AZ 1001
  • Telefon: +(994 12) 497 87 41
  • Whatsapp: (994) 55 946 06 60
  • E-poçt: [email protected]
Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2009-2026 modern.az
Powered by
Software Solutions Company | Coresoft
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə