Modern.az

İmişlidə güclü yanğın başlayıb

İmişlidə güclü yanğın başlayıb

Hadisə

27 Fevral 2026, 19:48

İmişli rayonunda güclü yanğın başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi