Modern.az

Gorus-Qafan yolunda iki erməni İTİB

Gorus-Qafan yolunda iki erməni İTİB

19 Sentyabr 2021, 13:12

Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

Modern.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti həmin şəxslərin Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxdığını iddia edib.

Hadisə barədə məlumatın sentyabrın 18-i saat 21:00 radələrində daxil olduğu bildirilib.

Qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görür.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var