Modern.az

“Bursaspor” baş məşqçini istefaya göndərdi

“Bursaspor” baş məşqçini istefaya göndərdi

19 Sentyabr 2021, 20:07

Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Fatih Tekke istefaya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də “Bursaspor”a baş məşqçi təyin olunmuşdu. Onun gəlişindən sonra Bursa təmsilçisi 1-ci liqada 4 oyuna cəmi 4 xal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı