Modern.az

Ata qızının nişanında CƏRİMƏLƏNDİ

Ata qızının nişanında CƏRİMƏLƏNDİ

1 Oktyabr 2021, 13:00

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır