Modern.az

Rüstəm Behrudi əməliyyat olunacaq

Rüstəm Behrudi əməliyyat olunacaq

Aktual

17 Oktyabr 2021, 09:46

Türk dünyasının tanınmış şairlərindən olan Rüstəm Behrudi oktyabrın 20-də əməliyyat olunacaq.

 

Bu barədə Modern.az-a şairin özü məlumat verib. 64 yaşlı Rüstəm Behrudi bildirib ki, cərrahiyyə əməliyyatı Türkiyədə baş tutacaq.

 

O, bu gün əməliyyat olunmaq üçün Ankaraya yola düşəcək. R. Behrudi əməliyyatı məşhur türk professorlarının aparacağını söyləyib.

 

Şairin sözlərinə görə, hazırda ağrıları olsa da, ümumilikdə özünü yaxşı hiss edir. O, tezliklə sağlamlığına qovuşub vətənə dönəcəyinə inandığını bildirib.

 

Qeyd edək ki, Rüstəm Behrudi bir neçə il öncə açıq ürək əməliyyatı keçirib. 

Turan

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə