Modern.az

Bakıdan İstanbula uçan təyyarə başqa aeroporta endi

Bakıdan İstanbula uçan təyyarə başqa aeroporta endi

6 Noyabr 2021, 13:46

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib.

 

Bu barədə Modern.az-a aviaşirkətdən bildirilib.

 

Məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır