Modern.az

Avstriya Mahir Cavadova 13 ölkəyə getməyi qadağan edib - FOTO

Avstriya Mahir Cavadova 13 ölkəyə getməyi qadağan edib - FOTO

Aktual

29 Dekabr 2012, 14:42

Xətai rayonun eks-prokuroruna hərəkət məhdudiyyəti qoyulub

1995-ci il mart hadisələrinə görə ittiham olunan Xətai rayonun keçmiş prokuroru Mahir Cavadov yaşadığı Avstriyanın ona verdiyi pasportdan narazılğıını bildirib. Modern.az bildirir ki, eks-prokuror özünün sosial şəbəkədəki rəsmi səhifəsində 2003-cü ildə İrandan Avstriyaya gəldikdən sonra məhkəmədə özünün təqib olunduğunu subut edə bildiyini yazıb. Lakin Avstriya ona yaşamaq hüquq versə də hərəkət məhdudiyyəti yaradıb.

Belə ki, Avstriya dövləti tərəfindən Mahir Cavadova verilmiş pasportda xüsusi qeydlə onun MDB ölkələrinə və bir sıra xarici dövlətlərə gedişi qadağan edilib. Bu siyahıya Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan, Qazaxstan, Ukrayna, Türkmənistan, Özbəkistan, Belarus, Qırğızıstan, Tacikstan, Moldova daxildir.

Eks-prokurur qeyd edib ki, passport ona  1951-ci il Cenevrə Konvensiyasına əsasən verilib. Sənəd Avstriyada qanuni əsasda yaşamaq üçün imkan yaradır. “Pasport mənə Avstriya vətəndaşlığı vermir. Mən özümü Azərbaycan vətəndaşı sayıram”-deyə Mahir Cavadov özünün bloqunda vurğulayıb.

Xatırladaq ki, 1995- ci ilin martı OMON-çuların qiyamı kimi tarixə düşüb. Polkovnik Rövşən Cavadovun rəhbərlik etdiyi silahlı dsətələr hökümət qoşunları arasında baş vermiş silahlı münaqişə nəticəsində hər iki tərəfədn hərbiçilər həlak olub. Həmin qiyamda R. Cavadovun özü də həyatını itirib. Mahir Cavadov isə ölkəni tərk edərək xaricə gedib. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı