Modern.az

Yoluxmaların 90%-i “Omicron” ştamıdır - RƏSMİ

Yoluxmaların 90%-i “Omicron” ştamıdır - RƏSMİ

Aktual

26 Yanvar 2022, 15:30

“Bir neçə həftə ərzində “Omicron” ştamı digər növləri sıxışdırıb. Bu gün bu ştam daha çox yayılıb”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli deyil:

 

“Yoluxanların 90 %-in üzərində “Omicron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?