Gəncədə bələdiyyələrin siyahısında dəyişiklik ediləcək.
Modern.az xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Qanun layihəsinin sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirədən sonra plenar iclasa tövsiyəsi gözlənilir.
Qeyd edək ki, komitədə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi də müzakirə olunacaq. Qanuna təklif edilən dəyişiklikdə şəhərin Kəpəz və Nizami rayonlarının ləğvi nəzərdə tutulur.