Modern.az

Süni mayalanma xərclərini dövlət ödəyəcək

Süni mayalanma xərclərini dövlət ödəyəcək

Aktual

15 Fevral 2022, 12:18

Azərbaycanda ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

 

Ə.Əmiraslanov parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın qaldırdığı məsələyə toxunaraq, sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxıldığını bildirib.

 
“Yaxın gələcəkdə sonsuzluq və onkoloji xəstəliklərin müalicəsinin tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulur”, - deyə komitə sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV