Modern.az

Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq

Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq

Aktual

15 Fevral 2022, 13:52

Azərbaycan Respublikasının Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik edilir.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində nəzərdə tutulub. 

 

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının normativ xarakterli aktları sırasına Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları əlavə edilir. Bundan əvvəl, bu sırada Milli Televiziya və Radio Şurasının qərarları yer alırdı.


Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilir. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir.


Qeyd edək ki, “Media haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılması zərurəti yaranıb.


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV