Modern.az

Kişi müəllimlərə güzəşt olacaqmı?

Kişi müəllimlərə güzəşt olacaqmı?

Aktual

16 Fevral 2022, 11:35

“Müəllimlərin işə qəbulu imtahanlarında və ya müəllimlərin əmək haqqının müəyyənləşdirilməsi məsələsində kişi müəllimlərə hansısa güzəştlər nəzərdə tutulmur”.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Nazirlik rəsmisi kişi müəllimlərin sayının artdığını bildirib:

 

“Son illər müxtəlif sahələrdə, o cümlədən təhsildə gənc mütəxəssislərin cəlb edilməsinə görə təklif edilən güzəştlər kişi müəllimlərin bu sahəyə marağını artırıb. Daha çox kənd məktəblərində kişi müəllimlərin sayının artması özünü büruzə verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV